“Barselona”nın yeni transferi debüt edib

“Barselona”nın yeni transferi debüt edib

“Barselona”nın yeni transferi Filippe Koutinyo Kataloniya klubunda debüt edib. SİA-nın məlumatına görə, braziliyalı yarımmüdafiəçi İspaniya kubokunun 1/4 finalının “Espanyol”la cavab matçında meyda çıxıb. O, görüşün 68-ci dəqiqəsində Andres İnyestanı əvəzləyib.
Qeyd edək ki, "Liverpul"dan transfer olunan Koutinyo bud nahiyyəsindəki zədə səbəbindən 2 həftə yaşıl meydanlardan kənarda qalmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə