Əliyar Ağayev Maltada UEFA-nın kursunda iştirak edəcək

Əliyar Ağayev Maltada UEFA-nın kursunda iştirak edəcək

Azərbaycanın FIFA referisi Əliyar Ağayev yanvarın 29-da Maltada ən yaxşı futbol hakimləri üçün start götürəcək kursa dəvət alıb. SİA-nın məlumatına görə, UEFA-nın 26-cı dəfə təşkil edəcəyi kursda Avropanın aparıcı baş hakimləri və yeni FIFA referiləri iştirak edəcəklər. Üç gün davam edəcək təlimlərə elit, I və II kateqoriyalara daxil olan 56 kişi və 21 qadın referi qatılacaq.

Qeyd edək ki, Əliyar Ağayev kursa dəvət alanlar arasında II kateqoriaydan olan 7 nəfər baş hakimdən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə