İngiltərənin "Mançester Yunayted" futbol klubu, baş məşqçi Joze Mourinyo ilə müqavilə müddətini 2020-ci ilədək uzadıb. Bu barədə "qırmızı şeytanlar"ın rəsmi saytı məlumat yayıb. İmzalama mərasimində danışan portuqaliyalı mütəxəssis, "Mançester Yunayted"in sükanı arxasında olmaqdan şərəf duyduğunu deyərək, ona güvəndikləri üçün klub rəhbərliyinə minnətdarlıq edib. O bildirib ki, yeni ildə komandası ilə yeni uğurlara imza atacağına inanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB