"Real"ın baş məşqçisi Zinəddin Zidan İspaniya kubokunun 1/4 finalında "Leganes"ə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra fikirlərini bildirib. O bildirib ki, Madrid klubundakı gələcəyi Çempionlar Liqasının 1/8 finallında PSJ ilə matçlardan asılıdır: "Real"dakı gələcəyim PSJ ilə oyunlardan asılıdır? Əlbəttə, belə görünür. Mən məşqçiyəm və nəticələrə görə cavabdehəm. Vəziyyətdən çıxış yolu tapmalıyam. Komandanı daha yaxşı yerə gətirmək üçün çalışmağa davam edəcəm".
Qeyd edək ki, "Real" - PSJ görüşü fevralın 14-ü keçiriləcək. Bu komandalar arasında cavab qarşılaşması martın 6-ı oynanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB