Millimiz Makedoniya ilə yoldaşlıq oyunu keçirəcək

Millimiz Makedoniya ilə yoldaşlıq oyunu keçirəcək

Futbol üzrə milli komandamız Makedoniya ilə yoldaşlıq oyunu keçirəcək. SİA-nın məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı xəbər yayıb.

Bildirilir ki, Türkiyənin Antalya şəhərində Azərbaycan və Makedoniya milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsi barədə AFFA və Makedoniya Futbol Federasiyası arasında ilkin razılıq əldə olunub.

Görüş martın 27-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə