"Qarabağ"da Emin İmaməliyev də zədəlilərin cərgəsinə qoşuldu

"Qarabağ"da Emin İmaməliyev də zədəlilərin cərgəsinə qoşuldu
"Qarabağ" klubu "Muğan"la oyunun hazırlıqlarını davam etdirir. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bazar günü Salyanda qarşılaşacaq rəqiblə görüşöncəsi komandada zədəlilərin sayı artıb. Belə ki, Ağdam təmsilçisinin həftəiçi "Bakı"nı 2:0 məğlub etdiyi oyunda daha bir futbolçu sıradan çıxıb. Həmin oyunda eyni səbəbdən oynamayan Samir Abasov, Maksim Medvedev, Əfran İsmayılova  Emin İmaməliyev də qoşulub. 30 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisi ilə oyunda əzələsini dartıb.

Bütün xəbərlər Facebook səhifəmizdə