“Kəpəz” Cənubi Koreya klubu ilə üz-üzə

“Kəpəz” Cənubi Koreya klubu ilə üz-üzə

Türkiyədə təlim-məşq toplanışında olan “Kəpəz” bu gün ikinci yoxlama görüşünü keçirəcək. SİA-nın məlumatına görə, Gəncə təmsilçisi Cənubi Koreyanın “Daejeon Citizen” klubu ilə qarşılaşacaq. Oyunun start fiti Bakı vaxtı ilə 16:00-da veriləcək.

Qeyd edək ki, “Kəpəz” ilk yoxlama matçında Rumıniya klubu “Vitorul”la qollu bərabərliyə (1:1) imza atmışdı.

25 yanvar

Yoxlama görüşü

16:00. “Kəpəz” - “Daejeon Citizen”

Bütün xəbərlər Facebook səhifəmizdə