Sambo üzrə Bakı şəhər birinciliyi keçirilib - FOTOLAR

Sambo üzrə Bakı şəhər birinciliyi keçirilib - FOTOLAR

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Mərkəzində 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında sambo üzrə Bakı şəhər birinciliyi keçirilib. SİA-nın məlumatına görə, birincilikdə 10 çəki dərəcəsi üzrə 141 nəfər idmançı mübarizə aparıb.

Yekun nəticələrə əsasən, yarışda 48 kq çəki dərəcəsində I yerə Orxan Qəhrəmanov (Neftçi İKİB), 52 kq çəki dərəcəsində Hacalı Qasımov (6№-li İOEUGİM), 56 kq çəki dərəcəsində Sübhan İsrafilli (6№-li İOEUGİM), 60 kq çəki dərəcəsində Əjdər Əsədov (6№-li İOEUGİM), 65 kq çəki dərəcəsində Vüsal Mürsəqulov (Yasamal Sambo İK), 70 kq çəki dərəcəsində Adil Adilzadə (Neftçi İKİB), 75 kq çəki dərəcəsində Ağami Məmmədov (Neftçi İKİB), 81 kq çəki dərəcəsində Vüqar Ağayev (Zenit İC), 87 kq çəki dərəcəsində Xəlil Cəlilzadə (Alov İK), +87 çəki dərəcəsində Elvin Tarverdiyev (Yasamal Sambo İK) layiq görülüblər.

I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə