“Neftçi” Türkiyədə ikinci yoxlama oyununu keçirib

“Neftçi” Türkiyədə ikinci yoxlama oyununu keçirib

“Neftçi” bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. SİA-nın məlumatına görə, paytaxt təmsilçisi Rumıniyanın "Konkordiya” klubu ilə üz-üzə gəlib. Rəqib 52-ci dəqiqədə "Neftçi"nin qapısına yol tapıb. Bu, matçda yeganə qol olub və komandamız 0:1 hesabı ilə uduzub.

"Neftçi"nin bu gün saat 18:00-da Bolqarıstanın "Slaviya” komandası ilə görüşü də nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə