Şəhriyar Məmmədyarov "Tata Steel Chess"də yenidən liderliyə yüksəlib
Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" superturnirində 10-cu tura yekun vurulub. SİA-nın məlumartına görə, Azərbaycanı turnirdə təmsil edən Şəhriyar Məmmədyarov sona üç tur qalmış növbəti qələbəsini qazanaraq xalını 7-yə çatdırıb və yenidən şərikli liderliyə yüksəlib.
Ş.Məmmədyarov X turda rusiyalı Pyotr Svidleri məğlub edib.
10-cu tur:
Kramnik (Rusiya) – Matlakov (Rusiya) - 1:0
Svidler (Rusiya) – Məmmədyarov (AZƏRBAYCAN) - 0:1
Karlsen (Norveç) – So (ABŞ) - 1:0
Cons (İngiltərə) – Anand (Hindistan) - 0:1.
Giri (Hollandiya) – Karyakin (Rusiya)
Vey İ (Çin) – Karuana (ABŞ)
Hou İfan (Çin) – Adiban (Hindistan).
10 turdan sonra turnir cədvəli:
1-3. Məmmədyarov, Giri, Karlsen - 7
4. Kramnik – 6,5
5. Anand – 6
6-7. So, Karyakin – 5,5
8. Svidler – 4,5
9-12. Cons, Matlakov, Karuana, Vey İ – 4
13. Adiban – 2,5
14. Hou İfan – 1,5.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB