"Xəzər" "Kəmərspor"u məğlub edib

"Xəzər" "Kəmərspor"u məğlub edib

Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər" klubu növbəti yoxlama oyununu keçirib. SİA-nın məlumatına görə, I Divizion təmsilçisi yerli "Kəmərspor" klubu ilə qarşılaşıb. Oyun Kəmərdəki Dr. Fehmi Öncel stadionunda keçirilib. Matçın ilk hissəsində hesabda geri düşən "Xəzər" Türkiyə təmsilçisi üzərində 2:1 hesablı qələbə qazanıb. Paytaxt klubunun heyətində Ramil Həsənov dubl edib.

Qeyd edək ki, "Xəzər" ilk yoxlama matçında Almaniya III Bundesliqasında çıxış edən "Vakker Nordhauzen" klubuna 0:3 hesabı ilə uduzmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə