İrlandiya Futbol Federasiyası ölkə yığmasının baş məşqçisi Martin O′Nillə müqavilə müddətini 2020-ci ilədək uzadıb. Bu barədə İrlandiya Futbol Assosiasiyalarının “twitter” hesabında məlumat yerləşdirilib. Xəbərdə deyilir ki, 65 yaşlı mütəxəssis ilə yeni razılaşma 2020-ci ilədək nəzərdə tutulur. Baş məşqçinin köməkçiləri də müqavilə müddətlərini uzadıblar.
O′Nil 2013-cü ildən İrlandiya yığmasında çalışır. Onun rəhbərliyi ilə komanda 2016-cı ildə Avropa çempionatının finalına yüksəlib. Komanda pley-off mərhələlərində Danimarkaya məğlub olduğundan 2018-ci ilin dünya çempionatının siyahısına düşə bilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB