Danimarkalı futbolçu “Ayaks”a keçib

Danimarkalı futbolçu “Ayaks”a keçib

Danimarkanın “Midtyulland” futbol klubunun yarımmüdafiəçisi Rasmus Nissen “Ayaks”a keçib. “Transfermarkt” saytı xəbər verir ki, Danimarkanın gənclərdən ibarət millisinin üzvü Amsterdam təmsilçisi ilə 2022-ci ilin yayınadək müqavilə imzalayıb.

İyirmi yaşlı futbolçu “Ayaks”da 43 nömrəli futbolkanı seçib. Transfer 5,5 milyon avro təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə