Fransanın PSJ klubu heyətinə yeni futbolçu qatıb. SİA-nın məlumatına görə, Paris təmsilçisi 32 yaşlı yarımmüdafiəçi Lassana Diarranı transfer edib. Fransalı futbolçu yeni klubu ilə 1,5 illik müqaviləyə imza atıb.
Artıq onun PSJ-də hansı forma altında oynayacağı da bəllidir. Diarra Paris klubunda 19 nömrəli formanı geyinəcək.
Karyerası ərzində “Çelsi”, “Arsenal”, “Real” (Madrid) kimi nəhəng klublarda çıxış etmiş Fransa yığmasının sabiq üzvü son olaraq Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubunda oynayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB