PSJ və Argentina millisinin yarımmüdafiəçisi Anhel Di Maria 2018-ci ildə dünya çempionatına getmək ehtimalı barədə danışıb. SİA-nın məlumatına görə, Di Maria Messinin turnirdə iştirakının dəqiq olduğunu bildirib: "Düzü, heyətdə yerimə zəmanət yoxdur. Sampaoli deyib ki, dünya çempionatına dəqiq gedəcək olan "cırtdan"dır. Qalan futbolçular isə heyətə düşmək üçün çalışmalıdır. Kimsə Argentina millisində yerini hazır bilsə və arxayınlaşsa, böyük səhvə yol vermiş olar. Messi mənə mane olmur, onunla oynamaq xoşuma gəlir. Futbolda başa gələcək ən gözəl şey ən yaxşılarla və yadplanetli ilə futbol oynamaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB