Millimiz yoldaşlıq oyunu keçirib

Futzal üzrə Azərbaycan milli komandası Bakı İdman Sarayında İran yığması ilə yoldaşlıq oyunu keçirib. SİA-nın məlumatına görə, qarşılaşma 3:3 hesabı ilə başa çatıb. Villiams Oliveira Do Nascimentonun dubl etdiyi oyunda komandamızın digər qolunu İsa Atayev vurub.
Bu komandalar arasında növbəti oyun yanvarın 24-də, saat 21:00-da, Bakı İdman Sarayında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə