Antalyada təlim-məşq toplanışında olan “Zirə” çalışmalarını davam etdirir. SİA-nın məlumatına görə, sözügedən komanda dünən biri səhər, digəri isə axşam olmaqla iki məşqə çıxıb. Günün ilk məşqində qəsəbə təmsilçisinin üzvləri əsasən texniki-taktiki hazırlığa üstünlük verib. “Qartallar” günün ikinci məşqində isə fərdi hazırlıqla kifayələnib.
Qeyd edək ki, paytaxt klubu Antalyada ilk yoxlama oyununu yanvarın 27-də keçirəcək. Təmsilçimizin rəqibi Rumıniyanın "Voluntari" klubu olacaq.



















Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB