Aleiks Vidal "Sevilya"ya keçəcək?

Aleiks Vidal "Sevilya"ya keçəcək?

"Barselona"nın futbolçusu Aleiks Vidal "Sevilya"ya keçə bilər. "Mundo Deportivo"nun yazdığına görə, "Sevilya" 28 yaşlı müdafiəçi ilə razılığa gəlib. Ancaq klub Kataloniya təmsilçisi ilə hələ də razılığa nail ola bilməyib. "Sevilya" ispan oyunçunu əvvəlcə icarəyə götürmək, mövsümün sonu isə 8 milyon avro ödəyərək birdəfəlik almaq istəyir. Ancaq "Barsa" Vidalı 12 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.

Qeyd edək ki, A.Vidal 2015-ci ildə məhz "Sevilya"dan "Barselona"ya transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə