Voleybol üzrə Bakı şəhər çempionatına yekun vurulub

Voleybol üzrə Bakı şəhər çempionatına yekun vurulub

Xətai rayonu 15 saylı UGİM-in voleybol zalında kişilər və qadınlar arasında voleybol üzrə Bakı şəhər çempionatına yekun vurulub. İlk öncə qadınlar arasında yarışlar keçirilib. Daha sonra Bakı Texniki Universitetinin idman zalında oğlanların voleybol üzrə Bakı şəhər çempionatı başlayıb.

Yarışda kişilərdən ibarət 8 komanda- "Əzizbəyov", "Qaradağ", "Texniki Universitet", "Sərhədçi", "Xətai-1 UGİM", "Xətai-2 UGİM", "Sabunçu UGİM", "RİOEUGİM" mübarizə aparıb. Çempionata 90-a yaxın idmançı qatılıb.

Kişilər arasında I yerə "RİOEUGİM", II yerə "Texniki Universitet", III yerə "Sabunçu UGİM " komandaları layiq görülüblər.

Yarışda I, II və III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Voleybol Federasiyası tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə