Xəbər verdiyimiz kimi, Bakıda kikboksinq üzrə Avropa çempionatı keçirilir. SİA-nın məlumatına görə, yarışlarda dünyanın 32 ölkəsindən 440 idmançı iştirak edir.
Heydər Əliyev adına Bakı İdman-Konsert Kompleksində təşkil olunmuş çempionatda Ümumdünya Kikboks Təşkilatları Assosiasiyasının (WAKO) lou-kik, K-1 və layt-kontakt döyüş növlərində medallar uğrunda mübarizə aparılır.
Avropa çempionatı günlərində Bakıda lou-kik üzrə peşəkarlar arasında iki döyüş də keçiriləcək. 71 kq çəki dərəcəsində Azərbaycan kikboksçusu, "Kobra" ləqəbli Pərviz Abdullayev və rusiyalı Vladimir Şulyak, 79 kq çəki dərəcəsində isə Fransa və Yunanıstanı təmsil edən kikboksçular qarşılaşacaqlar.
Qitə birinciliyinin təntənəli açılışı oktyabrın 23-də olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB