21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində bu gün üçüncü yoxlama oyununa çıxacaq. SİA-nın məlumatına görə, komandamız Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, millimiz bundan əvvəlki yoxlama görüşlərində Türkiyənin “Alanyaspor” klubunun U-21 komandasına qalib (3:1) gəlib, Albaniyanın U-20-nə məğlub (0:1) olub. Yığmamız Antalyadakı son sınaq matçını isə yanvarın 26-da yenidən albaniyalılara qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB