Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan – Türkiyə oyununda (1:0) zədələnən Rail Məlikov "Turan"la görüşdə komandasına kömək edə bilmədi. SİA-nın məlumatına görə, hazırda müalicə olunan flaqmanın kapitanı "Gəncə" ilə oyundan əvvəl fikirlərini klubun rəsmi saytına bildirib: "Təəssüf ki, zədə üzündən "Turan"la oyunda iştirak edə bilmədim. Düzdür, Tovuz klubunu məğlub etməliydik. Ancaq xal itkisini faciəyə çevirmək lazım deyil. Çünki Premyer Liqada bütün oyunlar çətin keçir. İndi bütün diqqətlər "Gəncə" ilə qarşılaşmaya yönəlməlidir. Gəncə klubu son 3 oyunda qalib gəlməklə, rəqib qapılarından 10 top keçirib. Üstəlik, bu dəfəki rəqibimiz "İnter" və "Xəzər-Lənkəran" kimi komandaları məğlub edib. Bir sözlə, "Gəncə" güclü komandadır. Digər komandalar kimi, "Gəncə" də "Neftçi"yə qarşı xüsusi əzmkarlıqla çıxacaq. Azarkeşləri maraqlı oyun gözləyir. Arzu edirəm, "Neftçi" – "Gəncə" oyunu qardaşların görüşü kimi keçsin. İnanıram ki, qalib gələrək hesabımıza 3 xal yazacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB