"Neftçi"nin düşərgəsində 2 futbolçu baxışdadır

"Neftçi"nin düşərgəsində 2 futbolçu baxışdadır

Antalyada təlim-məşq toplanışında olan “Neftçi” klubu iki əcnəbi futbolçunu baxışa çağırıb. SİA-nın məlumatına görə, onlar ukraynalı İqor Sikorski və mərakeşli Roxti Axentedir. Hər iki futbolçu bakılıların Rusiyanın “SKA-Xabarovsk” komandası ilə saat 17:00-da start götürən yoxlama matçında ehtiyat oyunçular skamiyasında yer alıb. 30 yaşlı Sikorski yarımmüdafiəçidir. Onun son iş yeri Ukraynanın I divizionunda çıxış edən “Nikolayev” klubu olub.

Mərakeş yığmasında 2 oyun keçirən Axente isə Hollandiyanın PSV klubunun yetirməsidir. 30 yaşlı sol cinah yarımmüdafiəçisinin son klubu Hollandiya çempionatının I divizionunda mübarizə aparan "Qou Ehed İqls" klubudur.

Bütün xəbərlər Facebook səhifəmizdə