“Qəbələ” Türkiyədə hazırlığını davam etdirir

“Qəbələ” Türkiyədə hazırlığını davam etdirir

“Qəbələ” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışını davam etdirir. SİA-nın məlumatına görə, “qırmızı-qaralar” hazırlığın ikinci mərhələsinin 2-ci gününü başa vurub.

Roman Qriqorçukun rəhbərliyi altında çalışan komanda günü iki məşqlə yekunlaşdırıb. Futbolçular səhər məşqini fitnes zalında keçirib. Onlar fiziki hazırlıq təmrinlərini yerinə yetiriblər.

Günün ikinci yarısında isə oyunçular meydanda məşq ediblər. Onlar toplu və topsuz çalışmaları yerinə yetiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə