"Qəbələ"nin zədəli futbolçusu hazırlıqlara qoşulub

"Qəbələ"nin zədəli futbolçusu hazırlıqlara qoşulub

"Qəbələ" 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir. SİA-nın məlumatına görə, Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının yanvarın 5-dən 17-dək davam edən ilk mərhələsindən sonra 3 günlük istirahətə buraxılan "qırmızı-qaralar" ayın 21-də yenidən bir araya gəlib.

Komanda hazırlıq prosesinin ikinci mərhələsinə 1 məşqlə start verib. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında baş tutan hazırlıqda futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər. Zədə səbəbindən bir müddət komanda ilə məşq keçməyən Dion Malone kollektiv hazırlıqlara qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə