MOK-da BHİŞ nümayəndə heyəti ilə görüş keçirilib - FOTOLAR

MOK-da BHİŞ nümayəndə heyəti ilə görüş keçirilib - FOTOLAR

Bu gün Milli Olimpiya Komitəsində (MOK) Beynəlxalq Hərbi İdman Şurasının (BHİŞ) nümayəndə heyəti ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə nümayəndə heyətindən BHİŞ-in prezidenti polkovnik Abdullahakim Mohamed İsa Alşino, onun xüsusi məsləhətçisi Konstantinos Kousantas, BHİŞ-in Qara dəniz, Balkan və Cənubi Qafqaz ölkələri üzrə koordinasiya ofisinin rəisi Nevzat Varol və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun rəisi, Azərbaycan Respublikası Silahli Qüvvələrinin BHİŞ-dəki nümayəndə heyətinin rəhbəri Rəşad Quliyev, həmçinin MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Ağacan Abiyev, Beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov və MOK-un icra aparatının rəhbərinin köməkçisi Həsənağa Rzayev iştirak edib.

MOK və BHİŞ arasında əlaqələrin genişləndirilməsi, təlimlərin keçirilməsi, idmançıların hərbi yarışlara qatılması mövzusunda müzakirələr aparılıb. BHİŞ-in dəstəyi ilə keçirilmiş yarışlar və uğurlu nəticələr qeyd edilib.

Sonda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Beynəlxalq Hərbi İdman Şurasında idmanın inkişafında göstərdiyi xidmətlərə görə orden ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə