“Hazırda Formula 1 komandaları yeni maşınlar üzərində işlərini yekunlaşdırmaq üzrədirlər. Fevralın sonunda yeni maşınların təqdimatı olacaq. “Ferrari” Maranelloda, “Mercedes” Silverstounda, “Toro Rosso” Fayentsada, “McLaren” Uokinqdə təqdimat edəcək. Digərlərinin yeri isə hələ ki, məlum deyil”. Bunu SİA-ya açıqlamasında Formula 1 üzrə Azərbaycan Qran Prisinin rəsmi elçisi, Formula 1 şərhçisi, f-1.az saytının baş redaktoru Rəhim Əliyev deyib.
O vurğulayıb ki, təqdimatlardan sonra mövsümöncəsi testlər başlayacaq: “Testlər Barselonada təşkil ediləcək. İki dördgünlük sessiya olacaq. Bundan iki həftə sonra Avstraliyada mövsümə start veriləcək. Testlərdə motor tədarükçülərini dəyişməkdə kimin düzgün seçim etdiyi məlum olacaq. “Honda” "qara at" olaraq qalır və güclənə də bilər. “Renault” motorçularının da necə motor hazırlayacaqları bilinmir. Keçən il “Ferrari” və “Mercedes” sıralanma turunda motorun xüsusi rejimindən istifadə edə bilirdilər. Bu il həmin rejim, yəni yağın benzinə qatılması məhdudlaşdırılıb. Bu komandalar motorları üzərində yenidən ciddi işlər aparırlar. Ona görə ilkin məlumatlar üçün Barselonanı, tam məlumat üçün Avstraliya Qran Prisini, tam dolğun məlumat üçün isə beşinci yarışı - İspaniya Qran Prisini gözləməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB