Ronaldonun qaşı yarılıb - FOTOLAR - VİDEO

Ronaldonun qaşı yarılıb - FOTOLAR - VİDEO

Madridin "Real" klubunun hücumçusu Kriştiano Ronaldonun sol qaş nahiyəsi yarılıb. SİA-nın məlumatına görə, La Liqada "Deportivo"ya qarşı keçirilən oyunun (7:1) sonlarında Ronaldo sağ cinahdan qapı qarşısına göndərilən topa zərbə vurmaq istəyərkən rəqib müdafiəçi Fabian Şer ayağı ilə onun başına zərbə vurub və ağır xəsarət yetirib. Portuqaliyalı futbolçu 83-cü dəqiqədə baş verən hadisədən sonra meydana qayıtmayıb.

Xatırladaq ki, "Real"ın 7 qolundan 2-sini Ronaldo vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə