DİN İdman Cəmiyyətinin yetirməsi “Qran-Pri”də uğurla çıxış edib

DİN İdman Cəmiyyətinin yetirməsi “Qran-Pri”də uğurla çıxış edib

Bu yaxınlarda Xorvatiyada karate üzrə 27-ci “Qran-Pri” turniri baş tutub. SİA-nın məlumatına görə, yeniyetmə və gənclərdən ibarət seçmə komandalarmız turniri 8 medalla başa vurublar. Karateçilərimiz ənənəvi turnirdə 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.

Gənclər arasında millimizin heyətində təmsil olunan DİN İdman Cəmiyyətinin yetirməsi Müseib Məmmədov üçün də bu yarış uğurlu olub. Çəkisi 68 kiloqramadək olan idmançılar arasında finala qədər irəliləyən karateçimiz bürünc medal qazanıb.

M.Məmmədovu bu yarışa cəmiyyətin Fiziki hazırlıq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elnur Həsənov hazırlayıb.

Bu turnirdə fərqlənən idmançılar fevralın əvvəlində Rusiyada təşkil olunacaq Avropa çempionatına vəsiqə qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə