Oktyabrın 23-də, saat 11.30-da, Qəbələ şəhər stadionunda AFFA ilə "Qəbələ" Futbol Klubu tərəfindən birgə təşkil olunmuş "Məktəbli kuboku"nun final oyunu keçiriləcək. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Qəbələ rayonunda yerləşən 36 məktəbin 1998-1999-cu il təvəllüdlü şagirdlərindən təşkil olunmuş komandaların mübarizə apardığı turnirə sentyabrın 27-də start verilib. Əsasnaməyə görə, hər bir komandanın sifariş ərizəsinə 2-si qız olmaqla cəmi 10 futbolçunun adı daxil edilib. Hər komandanın start heyətində 1 qızın meydana çıxması isə mütləqdir. Komandalar hər birində 6 iştirakçı olmaqla 6 qrupda mübarizə aparıb. Qrupda birinci yeri tutan komandalar növbəti qrup mərhələsinə yüksəlib. Burada ilk iki pillənin sahibi turnirin finalına vəsiqə qazanıb.
Oyunların keçirildiyi meydançalar, məktəblilərin oyuna gətirilməsi "Qəbələ" FK tərəfindən təmin olunub.
Bütün komandalar oyunlara AFFA-nın təqdim etdiyi formalarda çıxıblar. Qaliblərə AFFA-nın hədiyyələri – toplar, xatirə medalları və kubok təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB