Mühafizə Alayının 10-cü bölüyündə gənclər arasında dama üzrə turnir keçirilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin birgə tədbirlər planına müvafiq olaraq Penitensiar xidmətin Mühafizə Alayının 10-cu bölüyündə gənclər arasında dama üzrə turnir keçirilib. SİA-nın məlumatına görə, turnirin açılışında Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin baş inspektoru, ədliyyə mayoru Vüqar Orucov və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov çıxış edərək keçirilən tədbirlərin əsgər və zabitlərin asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi və idmana maraqlarının artırılması sahəsində böyük rol oynadığını vurğulayıb, turnir iştirakçılarına uğurlar diləyiblər.
Bölüyün əsgərlərindən ibarət 8 komandanın iştirak etdiyi turnirdə I yeri "Real" komandası, II yeri "Sahil" komandası, III yeri isə "İnter" komandası tutub.
Turnirin sonunda bölük komandiri, ədliyyə mayoru İlqar Müseyibov dövlətimiz tərəfindən əsgərlərə göstərilən qayğının daim artırılmasını, həmçinin onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün bu tipli tədbirlərin təşkil olunmasını yüksək qiymətləndirərək, təşkilatçılara təşəkkürünü bildirib.
Turnirdə I, II və III yerlərə layiq görülmüş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri və müvafiq dərəcəli diplomlarla təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB