Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq "Təhsil" RİM-nin tennis kortunda kişilər və qadınlar arasında stolüstü tennis üzrə Bakı şəhər açıq kuboku keçirilib. Baş İdarənin mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, yarışda 12 komandanı təmsil edən 75 idmançı mübarizə aparıb.
Qadınların mübarizəsində I yerə "Aztelekom" İK, II yerə 18 №-li UGİM, III yerə 19 №-li UGİM layiq görülüb. Kişilərin mübarizəsində isə I yerə 7 №-li İOEUGTİM , II yerə "Xəzri" İK, III yerə 19 №-li UGİM komandası layiq görülüb.
Yarışda I, II və III yerlərə layiq görülmüş komandalar və şəxsi yarışda iştirak edən idmançılar Baş İdarə tərəfindən kubokla, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB