Yunanıstanın Xalkidi şəhərində 8 yaşdan 18 yaşadək şahmatçı oğlan və qızlar arasında dünya çempionatının ilk turu keçirilib. SİA-nın məlumatına görə, Azərbaycanı təmsil edən şahmatçılardan Zeynəb İsmayılzadə (8 yaşadək), Xanım Balacayeva (10 yaşadək), Ülvi Sadıxov, Aydan Höcətova və Günay Məmmədzadə (12 yaşadək), Elvin Bayramov (14 yaşadək), Ülvi Bacarani və Səbinə İbrahimova (16 yaşadək), Vasif Durarbəyli və Nərmin Kazımova 18 (yaşadək) ilk görüşlərini qələbə ilə başa vurublar.
İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB