Qadın güləşi yığmamız Qubada təlim-məşq toplantısındadır

Qadın güləşi yığmamız Qubada təlim-məşq toplantısındadır

2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına və qarşıdan gələn yarışlara hazırlığı davam etdirən qadın güləşçilərimiz Qubaya yola düşüb. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, güləşçilərimiz Quba Olimpiya İdman Kompleksində 2 həftəlik təlim-məşq toplantısında iştirak edəcəklər.

Böyük məşqçi Kurban Kurbanov, məşqçilər Sirajuddin Eldarov və Arif Fərmanovun başçılığı altında təlim-məşq toplantısına 16 güləşçi cəlb olunub. Heyətdə Marziqet Baqomedova (48 kq), Yuliya Yatkovskya (49 kq), Patimat Baqomedova (51 kq), Kəmalə Əliyeva, Katerina Vasilevskaya (hər ikisi 52 kq), Anjela Doroqan, Yuliya Ratkeviç, Nigar Əhmədova, Fatma Əhmədova (hamısı 55 kq), Fərəh Rəsulova (56 kq), Sona Əhmədli (59 kq), Olesya Zamula, Gözəl Zutova (hər ikisi 63 kq), Zümrüd Qurbanhacıyeva (67 kq), Dina İvanova və Nataliya Palamarçuk (hər ikisi 72 kq) yer alıb.

Qeyd edək ki, təlim-məşq toplantısı noyabrın 4-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə