MYBRAND’s FASHION CLUB tərəfindən "Regionlarımızı brendləşdirək" layihəsi start götürmüşdür. "İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Aynur Həsənzadənin SİA-ya verdiyi məlumata görə, layihə çərçivəsində MYBRANDS şirkəti oktyabr - noyabr ayları ərzində Sabirabad rayonunda 4 idman növü üzrə yarışların əsas partnyoru qismində çıxış edir. Futbol üzrə ADİDAS Turniri, Voleybol üzrə NİKE Turniri, Güləş üzrə PUMA Turniri, Şahmat üzrə NOVCO Turniri bu yarışlara misaldır. Layihənin partnyorları MYBRANDS Fashion Club, "İRƏLİ" İctimai Birliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyidir.
20 oktyabr 2010-cu il tarixində Sabirabad rayonunda yeniyetmə və gənclər arasında güləş üzrə turnir keçirilib. 10 çəki qrupu üzrə keçirilən turnirdə 200 nəfərə yaxın pəhləvan-idmançı iştirak edib. Çox sayda azarkeş və tamaşaçıların toplandığı Sabirabad Rayon Olimpiya Kompleksində keçirilən turnirin qalibləri kubok və hədiyyə ilə təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB