FİFA nümayəndələrinin Lənkəran stadionu ilə bağlı rəyi müsbət olub
Oktyabrın 20-də FİFA-nın Yarışların Keçirilməsi Departamentinin stadionlar və infrastruktur üzrə mütəxəssisləri Oliver Voqt və Neriko Digues, marketinq üzrə mütəxəssis Mark Palliopi, otellərlə tanışlıq üzrə mütəxəssis Metyu Hardinq və AFFA-nın baş katibi Elxan Məmmədov Lənkəranda olublar.
SİA-nın cənub bürosunun məlumatına görə, qonaqlar gün ərzində Lənkəran şəhər stadionuna və onları maraqlandıran digər infrastrukturlarla tanış olublar.
Tanışlıqdan sonra AFFA-nın baş katibi E.Məmmədovun verdiyi açıqlamaya görə, FİFA nümayəndələrinin stadion barədə fikri kiçik çatışmazlıqlar nəzərə alınmazsa, müsbət olub. AFFA rəsmisi həmçinin əlavə edib ki, yığma komanda artıq ölkə tarixində ilk dəfə paytaxtdan kənarda , məhz Lənkəran şəhər stadionunda bir seçmə oyununu keçirib. Çünki bu stadion həm UEFA, həm də FİFA standartlarına cavab verir. Budəfəki baxış da əvvəlki rəyləri bir daha təsdiq edib.
Qeyd edək ki, səfərin məqsədi 2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət komandaların dünya çempionatına hazırlıq işləri ilə tanış olmaq, stadionlar, otellər və ümumilikdə infrastrukturla bağlı məlumat toplamaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB