"Slaviya"nın azərbaycanlı futbolçusu dubl edib

"Slaviya"nın azərbaycanlı futbolçusu dubl edib

19 yaşadək futbolçulardan ibarət millimizin üzvü Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya"nın U-21 komandası yoxlama oyunu keçirib. SİA-nın məlumatına görə, Çexiya klubu I divizion təmsilçisi "Litomeriçko" ilə qüvvəsini sınayıb. Görüş "Slaviya"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qola yığmamızın üzvü imza atıb. 19 yaşlı futbolçu 52 və 58-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, F.Nəbiyev əsas heyətdə meydana çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə