“Qalatasaray” baş məşqçi postuna Hacını gətirir

“Qalatasaray” baş məşqçi postuna Hacını gətirir

Raykard "Qalatasaray"dan qovulandan sonra Fatih Terimə üz tutub, lakin dünən gecəyə qədər davam edən danışıqlarda mütəxəssislə son anda anlaşma pozulub. Belə ki, F.Terim köməkçilərini özü seçmək istədiyini bildirib. Rəhbərlik isə bununla razılaşmayıb.
F.Terimdən əli üzülən klub rəhbərliyi rumıniyalı məşqçi George Hacı ilə anlaşmağa cəhd edir. "Qalatasaray"ın 1.5 illik təklifinə müsbət reaksiya verən məşqçinin bu gün İstanbula gələcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə