“Qəbələ” bu gün “Sürix”lə qarşılaşacaq

“Qəbələ” bu gün “Sürix”lə qarşılaşacaq

Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirəcək. SİA-nın məlumatına görə, “qırmızı-qaralar” İsveçrənin “Sürix” klubu ilə üz-üzə gələcək.

“Sürix” “Qəbələ” üçün tanış rəqibdir. Komandalar 2 il öncə də Antalya toplanışında üz-üzə gəliblər. 2016-cı il yanvarın 20-də baş tutan qarşılaşmada “Qəbələ” 4:0 hesabı ilə qələbə qazanmışdı.

“Kaya Bələk” otelinin meydançasında təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Bu, Roman Qriqorçukun yetirmələrinin qış fasiləsində Antalyada keçirəcəyi ikinci oyun olacaq. Komanda ilk matçda Türkiyə Super Liqa təmsilçisi “Akhisar Bələdiyyəspor”la heç-heçə edib-1:1.

Bütün xəbərlər Facebook səhifəmizdə