Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo karyerasını rəsmən başa vurub. SİA-nın məlumatına görə, 37 yaşlı hücumçunun karyerasını bitirməsi barədə qardaşı Roberto de Assis Moreyra məlumat verib.
Onun peşəkar karyerasında son klubu "Fluminense" olub. Futbolçu bu klubu 2015-ci ilin sentyabrında tərk edib. 2002-ci ilin dünya çempionu son vaxtlar müxtəlif nümayiş xarakterli matçlarda iştirak edib.
Ronaldinyo karyerası ərzində PSJ, "Barselona" və "Milan" kimi məşhur klublarda çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB