Arif Əsədov: "Gəncə"ni məğlub edəcəyimizə inanıram"

Arif Əsədov: "Gəncə"ni məğlub edəcəyimizə inanıram"
"Neftçi" PFK-nın baş məşqçisi Arif Əsədov "Gəncə" ilə oyundan əvvəl fikirlərini bildirib. SİA-nın məlumatına görə, klubun rəsmi saytına verdiyi açıqlamada gənc mütəxəssis zədəli Rail Məlikovdan başqa 25 futbolçunun qarşılaşmaya hazır olduğunu bildirib: "Gəncə" ilə oyuna ciddi hazırlaşırıq. Rail Məlikovdan başqa bütün futbolçular qarşılaşmaya hazırdır. "Turan"la görüşdən sonra xal itirməyə haqqımız yoxdur. "Gəncə" Premyer Liqaya bu ildən qoşulsa da, artıq güclü komanda kimi formalaşıb. Bundan irəli gəlir ki, rəqibimiz son üç oyunda qalib gəlib. Bununla belə, "Gəncə"ni məğlub edəcəyimizə inanıram".

Bütün xəbərlər Facebook səhifəmizdə