“Qarabağ”ın baş məşqçisi komandasından razı, “Bakı”nın baş məşçisi narazı qaldı

“Qarabağ”ın baş məşqçisi komandasından razı, “Bakı”nın baş məşçisi narazı qaldı
Unibank Premyer Liqası çərçivəsində baş tutmuş  "Qarabağ" - "Bakı" (0:2) oyunundan sonra hər iki komandanın baş məşqçiləri matın gedişatı barədə fikirlətrini bildiriblər. SİA-nın məlumatına görə, "Bakı"nın baş məşqçisi Vinfrid Şefer komandasının pis oynadığını, bunun üçün mıyus olduğunu bildirib. Qarşıdan gələn "İnter" və "Neftçi" ilə oyunlarda daha yaxşı oynayacaqlarına ümid etdiyini deyən baş məşqçi klubda futbolçular üçün hər cür şəraitin yaradıldığını deyib. O, bunun qarşısında belə oyun göstərilməsinin qəbulolunmaz olduğunu qeyd edib.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə komandasının yaxşı oyun göstərdiyini bildirib: "Bugünkü oyunda qalib gəlməyimiz vacib idi. 3 xal qazanıb turnir cədvəlində vəziyyətimizi yaxşılaşdırdıq. Fikrimcə, layiq olduğumuz qələbəni qazandıq".

Bütün xəbərlər Facebook səhifəmizdə