Azərbaycan samboçuları dünya kuboku yarışlarında iştirak edəcəklər

Azərbaycan samboçuları dünya kuboku yarışlarında iştirak edəcəklər

Oktyabrın 21-dən 24-dək Çexiyanın paytaxtı Praqada tələbələr arasında sambo üzrə dünya kuboku yarışları keçiriləcəkdir. SİA-nın məlumatına görə, turnirdə Azərbaycanın idman şərəfini 6 idmançı qoruyacaqdır.

Yığmamızın heyətinə Fərid Yusifov (52 kq), Xanoğlan Zülfüqarov (57 kq), İsmayıl Hüseynov (68 kq), Həmid Əliyev (74 kq), Ziya Namazov (82 kq) və Elşən Cəfərov (100 kq-dan yuxarı) daxildirlər.

Millimiz turnirdə məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında mübarizə aparacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə