“Xəzər-Lənkəran”ın baş məşqçisi əfsanəvi futbolçular siyahısına düşüb

“Xəzər-Lənkəran”ın baş məşqçisi əfsanəvi futbolçular siyahısına düşüb

"Xəzər-Lənkəran" futbol klubunun baş məşqçisi Mirça Rednik Buxarestin "Dinamo" klubunun ən yaxşı futbolçularından biri sayılıb. SİA-nın məlumatına görə, Rumıniyanın nüfuzlu idman mətbu orqanı olan "Gazeta Sporturilor" Buxarestin "Dinamo" və "Styaua" klublarının tarixlərində ən güclü oyunçularından ibarət heyətləri tərtib edib.

"Dinamo"nun 11 ən yaxşı futbolçusu sırasında Mirça Rednik də yer alıb. Onunla birgə həmin siyahıda Donetskin "Saxtyor" komandasının baş məşqçisi Mirça Luçeskunun da adı çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə