"Stok Siti"nin yeni baş məşqçisi müəyyənləşdi

"Stok Siti"nin yeni baş məşqçisi müəyyənləşdi

"Stok Siti" futbol klubunun yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib. SİA-nın məlumatına görə, 48 yaşlı Pol Lambert komandanın sükanı arxasına keçib. Onunla 2020-ci ilin yayına kimi müqavilə imzalanıb. Lambert bu postda yanvarın əvvəlində istefaya göndərilən Mark Hyuzu əvəzləyib.

Premyer Liqada geridə qalan 23 turdan sonra "Stok Siti" turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Pol Lambertin son iş yeri "Vulverhempton" olub.

Bütün xəbərlər Facebook səhifəmizdə