"Səbail" "Xəzər"i məğlub edib

Topaz Premyer Liqasında mövsümün qalan hissəsinə hazırlığı Bakıda davam etdirən “Səbail” bu gün yoxlama oyunu keçirib. SİA-nın məlumatına görə, paytaxt klubu I Divizion təmsilçisi “Xəzər”lə qarşılaşıb. Oyun 3:1 hesabı ilə elita təmsilçisinin xeyrinə başa çatıb. “Səbail”də hərəyə bir dəfə Kərim Diniyev, Elman Taqayev və Vüqar Nadirov fərqləniblər.

Xatırladaq ki, “Səbail” növbəti yoxlama oyununu yanvarın 18-də səfərdə “Sumqayıt”a qarşı keçirəcək. Samir Əliyevin çalışdırdığı kollektiv ilk sınağında “Sabah”la bərabərə qalmışdı - 0:0.

Bütün xəbərlər Facebook səhifəmizdə