Rayan Giqqz Uels millisinin yeni baş məşqçisi oldu

Rayan Giqqz Uels millisinin yeni baş məşqçisi oldu

Uels millisinin yeni baş məşqçisi müəyyənləşib. SİA-nın məlumatına görə, ölkənin əfsanəvi futbolçusu Rayan Giqqz yığmanın "sükanı arxası"na keçib. 44 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Giqqz 1991/2007-ci illərdə Uels millisində çıxış edib və 64 oyuna 12 qol vurub. O, 2014/2016-cı illərdə "Mançester Yunayted"də köməkçi məşqçi kimi çalışıb.

Xatırladaq ki, Uels Futbol Federasiyası DÇ-2018-ə vəsiqə əldə etmədikləri üçün Kris Koulmenlə yolları ayırmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə