"Liverpul" Qvardiolanın komandasını darmadağın edib!

"Liverpul" Qvardiolanın komandasını darmadağın edib!

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasının 23-cü turunun mərkəzi oyununda "Liverpul" turnir cədvəlində ilk sırada yer alan "Mançester Siti"ni qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Liverpul" çempionatın liderini 4:3 hesabı ilə məğlub edərək, top fərqinə görə turnir cədvəlində üçüncü sıraya yüksəlib.

Pep Qvardiolanın baş məşqçisi olduğu komanda Premyer Liqada cari mövsümdə ikinci dəfə məğlub olub. "Mançester Siti" 2017-ci il aprelin 5-dən bəri çempionatda uduzmurdu. O zaman şəhərlilər "Çelsi" ilə oyunda 1:2 hesabı ilə məğlubiyyətə uğrayıblar.

Xatırladaq ki, hazırda "Mançester City" 22 oyundan 63 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. "Mançester Yunayted" və "Liverpul" 47 xalla ikinci-üçüncü yerləri bölüşürlər. Eyni xala malik "Çelsi" isə dördüncü sırada qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə