"Barselona" növbəti transferini reallaşdırıb

"Barselona" növbəti transferini reallaşdırıb

"Liverpul"dan Filippe Koutinyonu 160 milyon avro qarşılığında heyətinə qatan "Barselona" qış transfer pəncərəsində növbəti keçidini reallaşdırıb. SİA-nın məlumatına görə, Braziliyanın "Palmeyras" klubunda forma geyinən Yerri Mina karyerasını "Barselona"da davam etdirəcək. "Barsa" 23 yaşlı müdafiəçini 11,8 milyon avroya heyətinə cəlb edib.

Qeyd edək ki, Mina Kolumbiya millisinin üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə