Oktyabrın 26-dan 30-dək İtaliyanın Türin şəhərində Tələbə Güləşçilərin 9-cu dünya çempionatı keçiriləcək. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan yığma komandasının bəzi üzvləri bu dünya çempionatında mübarizə aparacaqlar.
Böyük məşqçi Arif Abdullayevin başçılığı altında sərbəst güləşçilərin yarışında Azər Paşayev (55 kq), Elmir Qəmbərov (66 kq), İbrahim Yusubov (74 kq) və Sübhan İsmayılov (84 kq) iştirak edəcək.
Yunan-Roma güləşçilərimiz isə məşqçi Akif Əliyevin rəhbərliyi altında çıxış edəcəklər. Heyətdə Orxan Əhmədov (55 kq), Orxan Paşayev (60 kq), Rəsul Çunayev (66 kq), Samuray Mustafayev (74 kq), Şəhriyar Məmmədov (84 kq) və Səbuhi Hümbətov (96 kq) yer alıb.
Qadın güləşçilərimizdən təkcə Gözəl Zutovanın (63 kq) mübarizə aparacağı Tələbə Güləşçilərin dünya çempionatında beynəlxalq dərəcəli hakim Hüseynağa Əhmədov da görüşləri idarə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB